VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib. Amasra bölgəsində yaşanan bədbəxt hadisə zamanı həlak olan işçilərin sayı 40-a çatıb.

BAKU.WS xəbər verir ki, türkiyəli məşhurlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar ediblər. Onlar vəfat edən mədən işçilərinə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyiblər.

BAKU.WS türkiyəli tanınmışların sözügedən paylaşımlarının təqdim edir:

Meqastar Tarkan

Çox üzülürəm. Bartındakı mədən partlayışında həyatını itirən işçilərə Allahdan rəhmət diləyirəm. Yaxınlarına başsağlığı verirən. Yaralılara isə təcili şəfa diləyirəm.

Müğənni Murat Boz

Bartında meydana gələn partlayış zamanı həyatını itirən mədənçilərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Keşmiş olsun.

Müğənni Sibel Can

Bartında meydana gələn partlayış zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Başımız sağolsun.

Müğənni Ebru Gündeş 

Bartında meydana gələn partlayış zamanı həyatını itirən mədənçilərə Allahdan rəhmət, yaralılarımıza isə təcili şəfa diləyirəm. Dualarımız sizinlədir.

Müğənni Hadise

O mədəndə hər zaman qaranlığın və çətinliyin içində keçən həyatlar... Betərin də betəri olurmu? Olurmuş. Onların hekəyləri ən üzücü sonla bitdi. Atasının xilas olmasını "Mən  bu dərdə dözə bilmərəm" deyərək gözləyən bir uşaq varkən, üsyan etməmək mümkündür? Allah səbir versin!

Müğənni Bengü

Bartında həyatını itirən qardaşlarıma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Ümid edirəm, daha itki vermərik.

Müğənni Hande Yener

Dualarımız oksigeniniz olsun!

Müğənni Mustafa Sandal

Bartında mədən partlayışı zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə təcili şəfa diləyirəm. Allah köməkləri olsun".

Müğənni Alişan

Amarsada daşkömür mədənində meydana gələn partlayış zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Allahdan tez bir zamanda dağıntılar altında qalan mədənçilərimizin xilas olmasını niyaz edirəm. Dualarımız mədənçi qardaşlarımızladır. Keçmiş olsun, Bartın!

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edildiyini bildirib. Dağıntılar altında ümumilikdə 87 nəfər olub.

BAKU.WS