SİZİN REKLAM BURADA!
055 213 76 73


İran hökumətinə tabe olan 150-yə yaxın döyüşçü İraq paytaxtı Bağdaddan geri çağırılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) İranda artıq bir aydan çoxdur davam edən etirazlar haqqında hazırladığı hesabatda qeyd olunub.

İnstitut iddia edir ki, əmrə əsasən döyüşçülər İranın Məşhəd şəhərinə yerləşdiriliblər. Onlardan kütləvi etirazları yatırmaq üçün istifadə ediləcəyi iddia olunur.

Hesabatda təhlükəsizlik qüvvələrinin etirazçıların qarşısını almaq və qorxutmaq üçün Tehranda psixoloji əməliyyatlar keçirdiyi də yer alıb:

“Təhlükəsizlik işçiləri yaşayış məntəqələrini səs bombalarından atəşə tutaraq insanlar arasında qorxu və vahimə yaradır, bu yolla İran vətəndaşlarını aksiyalarda iştirakdan çəkindirməyə cəhd göstərirlər”.

BAKU.WS