SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın Su-25 hücum təyyarəsini məhv edib.

BAKU.WS Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, oktyabrın 3-də günorta saatlarında Rusiyanın Su-25 hücum təyyarəsi Xerson vilayətinin Berislav rayonunda Cənub Hava Komandanlığının “Xerson” zenit-raket briqadasının bölməsi tərəfindən vurulub.

Xatırladaq ki, şənbə günü, sentyabrın 24-də Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Rusiya ordusunun dörd təyyarəsini məhv edib.

BAKU.WS