13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya qüvvələri tərəfindən Liman şəhərinin itirilməsini şərh edib.

BAKU.WS xəbər verir ki, bu barədə teleqram kanalında yazıb.

Kadırov baş verənlərdə ilk növbədə ərazidəki hərbi birləşmələrə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapini günahlandırıb.

“Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib günahını qanla yumaq üçün cəbhəyə göndərərdim”, - deyə Kadırov yazıb.

Çeçenistan başçısı həmçinin artıq kardinal tədbirlər görməyin - sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyin və az güclü nüvə silahından istifadə etməyin lazım olduğunu da qeyd edib.

BAKU.WS