13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Dnepropetrovsk vilayəti Rusiya Silahlı Qüvvələri tərəfindən ağır raket atəşlərinə məruz qalıb. Onlar arasında “İsgəndər” tipli raketlər də var.

Jurnalistin sözlərinə görə, Rusiyanın zəbt etdiyi Ukrayna torpaqlarını özünə birləşdirməklə bağlı qərar qəbul etməsi ukraynalıların qəzəbinə səbəb olub.

Həmçinin qeyd edilib ki, separatçıların nəzarətində olan Donetsk və Luqanskda yaşayan insanlar məcburi “referendum”a dəvət edilirlər. Onlar arasında azərbaycanlılar da var.

“Xeyli azərbaycanlı həm məcburi “referendum”dan, həm də səfərbərlikdən yayınaraq, müxtəlif yollarla Avropaya və Ukraynanın nəzarətindəki əraziyə köç edib”, - deyə Mübariz Aslanov əlavə edib.

BAKU.WS
VİDEO