SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York times” nəşrinin məqaləsində qeyd edilib.

"Düzdü, Rusiya dövlət başçısının hələ ki, belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur. Buna baxmayaraq, sözügedən addım istisna edilməyib", - məqalədə bildirilib.

Ekspertlərin qənaətinə görə, Rusiya Prezidenti Vladimir Putin Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyasını da nəzərə almalıdır: "Bu dövlətlərin liderləri Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı ən sərt tənqidlər səsləndiriblər".

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

BAKU.WS