Zelenski: "Putinlə heç kim danışıqlar masasına oturmayacaq"

"Rusiya prezidenti Vladimir Putin o həddə çatıb ki, onunla danışıqlar masası arxasında heç kim əyləşməyəcək".
BAKU.WS xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.
Putinlə arasında danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski: "Düşünürəm ki, bu imkanlar getdikcə azalır. Putinlə danışıqlarda heç kim masa arxasına oturmayacaq", - deyə o qeyd edib.
O, Rusiya işğalçılarının Ukrayna ərazisini tərk edəcəyi təqdirdə Putinlə danışıqların mümkün olacağını bildirib.
"İnanıram ki, onlar bizim ərazilərimizi tərk etsələr, biz danışıqlar masası arxasına əyləşə bilərik. Çünki onlar bizim ərazilərimizi tərk edəndə və biz sərhəddə olanda ərazi baxımından onlar bizim qonşumuz olaraq qalacaqlar”, - deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Ərdoğan: Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həll nöqtəsinin Türkiyə olacağına inanıram
İstəyimiz Rusiya və Ukrayna liderlərini İstanbulda və ya Ankarada bir araya gətirməkdir. Xüsusən Ukraynanın şərqi ilə bağlı atılacaq addımların həll nöqtəsinin...