SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya kraliçası II Elizabet bu gün dəfn olunur.

BAKU.WS xəbər verir ki, hazırda nəşi Vestminster sarayında olan kraliçanın tabutu Parlament Meydanından keçirilərək Vestminster Abbatlığına aparılacaq.

Dəfn mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayıb. Anım mərasimindən sonra ölkədə iki dəqiqəlik sükut elan ediləcək.

Sükutdan sonra dövlət himni səsləndiriləcək.

Daha sonra Kral III Çarlz və Kraliça-konsort Kamilla, Uels Hersoqu və Hersoginyası Uilyam və Keyt Middlton, o cümlədən kral ailəsinin digər üzvləri tabutu izləmək üçün yürüşə qatılacaqlar.

II Elizabetin dəfnində təxminən 1 milyon insanın iştirakı gözlənilir. Böyük Britaniyada televiziya şəbəkələri, 100-dən çox kinoteatr və monitorlar II Elizabetin dəfn mərasimini yayımlayacaq. 

Kraliça həyat yoldaşı, Edinburq hersoqu Filipp və bacısı şahzadə Marqaretin yanında Vindzor sarayında torpağa tapşırılıcaq. 

Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

BAKU.WS
VİDEO