SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən "Vadi İstanbul" Ticarət Mərkəzində ötən gün yerli vaxtla axşam saat 20:00 radələrində naməlum qruplar arasında yaranmış silahlı atışmada dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.

Yaralanan azərbaycanlılar Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimovdur.

Bildirilib ki, yaralı həmyerlilərimiz hazırda Seyrantepe Hamidiye Etfal Araşdırma Xəstəxanasında müalicə olunurlar.

Hadisənin başvermə səbəbləri aidiyyəti orqanlar tərəfindən araşdırılır.

***11:19

Türkiyənin İstanbul şəhərindəki Sarıyer rayonunda 6 nəfərin yaralandığı silahlı insidentin "Timboo" adlı kafedə baş verdiyi məlum olub.

BAKU.WS xəbər verir ki, hadisə zamanı insident iki qrup arasında qeydə alınıb.

Qarşıdurmada yaralanan 4-ü Azərbaycan, 1-i İran və 1-i Türkiyə vətəndaşı 6 nəfər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

İnsidentlə əlaqədar Sarıyer Bələdiyyəsindən bildirilib ki, ticarət mərkəzindəki restoranda iki fərqli qrup arasında düşmənçilik zəminində silahlı qarşıdurma baş verib. Hadisə ilə bağlı araşdırma başladılıb və şübhəlilərin saxlanılması istiqamətində iş gedir.

***07:53

Türkiyənin İstanbul şəhərində baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Hadisə Sarıyer rayonundakı kafedə qeydə alınıb. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

BAKU.WS
VİDEO