13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Türkiyə və digər ölkələrdə böyük maraqla izlənən "Güldür Güldür Şousu"nun əsas aktyorlarından biri layihəni tərk edir.

BAKU.WS "haberler.com"a istinadən xəbər verir ki, "Güldür Güldür"ün sevilən ismi olan Onur Buldu yeni layihədə çalışacağı üçün şou ilə vidalaşmaq qərarına gəlib.

Tanınmış aktyor son olaraq "Güldür Güldür" komandasının vizajisti ilə fotosunu paylaşıb. Fotonun altında aktyorun pərəstişkarları "sənə görə Güldür Güldür Şousunu izləyirik",-deyə şərhlər yazıblar.

Hələlik layihənin rəhbərliyi aktyorun vidalaşması barədə iddialara münasibət bildirməyib.

BAKU.WS
QALEREYA