VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“İslami cihad” qruplaşmasının yüksək rütbəli komandiri Xalid Mənsurun İsrailin aviahücumları nəticəsində ölüb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hərbi kəşfiyyat məlumatlarına görə, Xalid Mənsur son onilliklər ərzində İsrailə raket hücumlarının təşkilində fəal iştirak edib.

Mənsurla birlikdə “İslam cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb.

Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub.

BAKU.WS