SİZİN REKLAM BURADA!
055 213 76 73


Çin bu gün axşamdan başlayaraq Tayvan adasını əhatə edən 6 bölgədə genişmiqyaslı hərbi təlimlər keçirəcək.

BAKU.WS "Global Times"a istinadən xəbər verir ki, təlimlər hava və dənizdən olmaqla adanın şimalı, şimal-şərqi, cənubu, cənub-şərqi, həmçinin Tayvan boğazlarında keçiriləcək.

Təlimlərə boğazlarda uzun mənzilli artilleriya atışları, raket atışları və digər atəş təlimləri daxil edilib.

Qeyd edək ki, Çin xeyli sayda zirehli texnikanı Tayvanla sərhəddə gətirib.

BAKU.WS
QALEREYA