SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin həkimi onun son vəziyyəti barədə açıqlama yayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, həkim Kevin O'Konnor COVID-19-a tutulan Baydenin “Paxlovid” dərmanı qəbul etdiyini bildirib.

Onun səhhətinin yaxşılaşdığı bildirilib.

Həkimin sözlərinə görə, Baydendə əsas simptom boğaz ağrısıdır.

Baydenin burun axması, öskürək və bədən ağrılarının əhəmiyyətli dərəcədə azaldığını bildirilən həkim onun nəbzinin, qan təzyiqinintemperaturunun normal olduğunu deyib.

BAKU.WS