SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, iyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.

***

18.16

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən 3-ü uşaqdır.

Ukrayna Dövlət Föpvqəladə Hallar Xidmətindən bildirilib ki, 52 nəfər hospitala yerləşdirilib, onların 34-nün vəziyyəti ağırdır.

Hücum nəticəsində 55 yaşıyış binasına və 40 avtomobilə ziyan dəyib.

Xilasedicilərin sözlərinə görə, 46 nəfərin axtarışı davam edir. Bildirilib ki, 115 yaralı hospitala müraciət edib.

Vurğulanıb ki, “Kalibr” qanadlı raketləri Rusiya hərbçiləri Ukraynanın Jitomir şəhərinə atmaq istəyib, ancaq sonradan raketlər istiqamətini dəyişib.

BAKU.WS