13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin sayını açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazir təkcə hərbçi sayını 700 min nəfərə qədər olduğunu bildirib.

Bununla yanaşı, milli polis - 100 minədək, Milli Qvardiya - 90 minədək, sərhədçilər - 60 min nəfərə qədər qiymətləndirilir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin qabaqcıl mövqelərinə baş çəkib. O, döyüşçüləri mükafatlandırıb və onların əzmkar əhval-ruhiyyəsini qeyd edib.

Zelenski daha əvvəl deyib ki, Qərb silahları döyüş meydanındakı vəziyyəti nəzərəçarpacaq dərəcədə dəyişməyə başlayır. O, silahın dəqiqliyini yüksək qiymətləndirərək deyib ki, bu, Ukrayna qoşunlarına Rusiyanın logistika obyektlərinə çox gözə çarpan zərbələr endirməyə kömək edir və Rusiya ordusunun hücum potensialını əhəmiyyətli dərəcədə azaldır.

BAKU.WS