SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə ov tüfəngi ilə güllələnib.

BAKU.WS xəbər verir ki, sinəsindən yaralanan Şinzo xəstəxanaya aparılıb və orada kliniki ölüm keçirib.

Hadisədən dərhal sonra polis əməkdaşları təcavüzkarı saxlayıb.

Qeyd edək ki, Şinzo Abe Liberal Demokrat Partiyasının namizədinin şəhərdə seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Sabiq hökumət rəhbərini kimin və hansı səbəbdən güllələdiyi böyük maraq doğurur. Şinzo Abenin seçki kampaniyası zamanı hücuma məruz qalması siyasi mesaj xarakteri daşıdığı ehtimal olunur.

Şinzo Abe kimdir?

2012-2020-ci illərdə Yaponiyanın Baş naziri vəzifəsini icra edən Abe ölkənin ən uzunmüddətli hökumət rəhbəri olub. O, iki il əvvəl səhhətinə görə vəzifəsini tərk edib.

Hücuma məruz qalan Abe Yaponiyanın İkinci Dünya Müharibəsindən sonra ən gənc baş naziri olmuş Kan Abenin nəvəsi və keçmiş Xarici İşlər naziri Şintaro Abenin oğludur. Naqatada anadan olan Abe Seikei Universitetində siyasi elmlər üzrə təhsil alıb və 1977-ci ildə oranı bitirib.

Daha sonra Cənubi Kaliforniya Universitetində siyasi elmlər üzrə təhsil almaq üçün ABŞ-a köçüb. 1979-cu ilin aprelində Abe "Kobe Steel"də işə başlayıb. 1982-ci ildə şirkətdən ayrılaraq müxtəlif yerlərdə çalışıb.

9 sentyabr 2007-ci ildə Əfqanıstanda xidmət edən Yaponiya Hərbi Dəniz Qüvvələrinin heyətini geri çəkmək planını dayandırıb. O, 2007-ci il sentyabrın 12-də səhhətində yaranan problemləri əsas gətirərək istefa verib. Şinzo Abe səsvermə zamanı 478 nəfərdən 328-nin səsini toplayaq ikinci dəfə Baş nazir olub. Yenidən baş nazir seçilən Abe ikinci dəfə bu vəzifəyə gəlib və son 6,5 ildə seçilən 7-ci baş nazir olub.

O, 2012-ci il dekabrın 26-da vəzifəsinin icrasına başlayıb. 28 avqust 2020-ci ildə Abe xoralı kolit xəstəliyi səbəbindən Baş nazir və Liberal Demokrat Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb və vəzifəsini 16 sentyabr 2020-ci ildə təhvil verib.

Sabiq Baş naziri kim və hansı səbəbdən güllələyib?

Yaponiyanın Nara şəhərində yerli vaxtla saat 11:30-da Şinzo Abe küçə çıxışı zamanı hücuma məruz qalıb. Yaponiya mətbuatının hüquq-mühafizə orqanlarına və hakim Liberal Demokrat Partiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, Abeyə arxadan iki dəfə atəş açılıb. Siyasətçi ikinci güllədən sonra yerə yıxılıb.

Yerli polis Abenin yaralandıqdan dərhal sonra huşunu itirdiyini, ürək və ağciyər ilə bağlı vəziyyətinin kritik olduğunu söyləyib. Sabiq hökumət rəhbərinə atəş edən şəxs 41 yaşlı Tetsuya Yamaqami olub və o, hadisə yerində saxlanılıb. Saxlanılarkən silahlı şəxs heç bir müqavimət göstərməyib. Bir müddət sonra o, adam öldürməyə cəhd ittihamı ilə həbs edilib. Yaponiya mətbuatı Yamaqaminin 2005-ci ilə qədər üç il ölkənin dəniz özünümüdafiə qüvvələrində xidmət etdiyini yazıb.

41 yaşlı Tetsuya Yamaqami hüquq-mühafizə orqanlarına verdiyi ilkin ifadədə bildirib ki, siyasətçidən narazı olub və qəsdi onu öldürmək olub.

Əli İsmayıl
BAKU.WS
VİDEO