SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İzmir vilayətinin Menderes rayon Bələdiyyəsində yerli polis anti-korrupsiya əməliyyatı keçirilib.

BAKU.WS xəbər verir ki, əməliyyat çərçivəsində bələdiyyə başqanı Mustafa Kayalar və rayon şurasının üzvü Ertan Güleç saxlanılıb.

Menderes Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində əldə edilən sənədlərin araşdırılması nəticəsində müəyyən edilib ki, tikintisi davam edən 5 ulduzlu otelə qanunsuz icazə verilib.

Bunun müqabilində Menderes bələdiyyə başqanı Mustafa Kayalar və rayon şurasının üzvü Ertan Güleç iki villa verilib.

BAKU.WS