VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə növbəti xəbərdarlığa qədər küçəyə çıxmaq qadağan olunub.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Sallıca, Özekli və Təknəcik kəndləri ərazisində separatçı terror təşkilatı üzvləri sığınacaqlar qurub.

“5442 saylı Bölgə İdarəetmə Qanununun 11/C maddəsinə uyğun olaraq 3 iyul 2022-ci il bazar günü saat 12:00-dan (Bakı vaxtilə saat 13.00-dan – red.) növbəti xəbərdarlığadək komendant saatı elan edilib. Tədbirdə məqsəd sözügedən bölgələrdə xalqımızın can və mal təhlükəsizliyini təmin etməkdir”, - deyə yerli hakimiyyət qurumlarından yayılan bildirişdə qeyd olunub.

Hazırda ərazidə xüsusi antiterror əməmliyyatları keçirilir.

BAKU.WS