Xəzərdə qağayıların quş qripindən öldüyü üzə çıxıb

Xəzərdə qağayıların quş qripindən öldüyü üzə çıxıb
Siyasət 95

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Atırau vilayətidə quş qripinə qarşı 6,3 min doza vaksin ayırıb.

BAKU.WS APA-ya istinadən verdiyi xəbər verir ki, iyunun sonlarında Xəzərdə DS-04 və DS-01 süni adalarından 78 km uzaqlıqda 1000-dən çox ölmüş qağayı aşkarlanıb.

Laboratoriya analizi zamanı nümunə üçün götürülmüş iki qağayıda quş qripi aşkarlanıb. Nümunələr yenidən laboratoriya analizi üçün Böyük Britaniyadakı laboratoriyaya göndərilib.

Qazaxıstanda ayrılan 6 291 doza vaksin təhlükəli zonadakı ev quşlarının peyvəndlənməsi üçün istifadə ediləcək.

Ümumilikdə, 2022-ci il ərzində 16 370 180 ev quşuna quş qripinə qarşı vaksin vurulması nəzərdə tutulub.

Oxşar xəbərlər

Avrasiya mifi dağılır

Avrasiya mifi dağılır

Qazaxıstanda baş verənlər bu ölkəni Mərkəzi Asiyanın lider dövləti statusundan məhrum etdi. “Rosbalt” yazır ki, Rusiyanın müdaxiləsi zəruri olsa da, bunun mənfi...

311 Siyasət 18:51 16 yanvar 2022

Son xəbərlər