SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində həlak olan TIR sürücüsünün azərbaycanlı olduğu açıqlanıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə hadisə yerində olan şahid məlumat verib.

Məlumata görə, uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda ölən şəxsin kimliyi barədə yazıb.

O qeyd edib ki, Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.

BAKU.WS
VİDEO