Putin G20 Zirvə görüşünə dəvəti qəbul edib

27
iyn
2022
20:01
Rusiya prezidenti Vladimir Putin indoneziyalı həmkarı Coko Vidodonun noyabrın 15-16-da Balidə keçiriləcək G20 Zirvə görüşünə dəvətini qəbul edib.
BAKU.WS Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə bazar ertəsi dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüş videoformatda deyil, əyani şəkildə keçiriləcək.
"Bizə əyani formatda iştirak üçün dəvət gəlib. Hələ vaxt var. Ümid edirəm ki, pandemiya bu tədbirin əyani şəkildə keçirilməsinə imkan verəcək", - Uşakov qeyd edib.
Oxşar xəbərlər
Ev sahibi Zelenskini G20 sammitinə dəvət etdi
İndoneziya prezidenti Coko Vidodo Ukrayna prezidenti Volodimir Zelenskini G20 sammitinə dəvət edib. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Zelens...
