ABŞ-da cinayətkarlıqla mübarizə üçün 10 milyard dollar ayrıldı

Bayden administrasiyası ölkədə ictimai təhlükəsizliyi təmin etmək üçün 10 milyard dollar ayıracaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
Bəyanata görə, vəsait 2021-ci ilin iyununda təsdiq edilmiş ölkədə cinayətkarlıqla mübarizə strategiyasına uyğun olaraq ayrılır. Onlar ölkə prezidentinin qətiyyətli addım atmaq çağırışına cavab verən ştat administrasiyalarının və yerli hakimiyyət orqanlarının ehtiyaclarına istiqamətlənəcək.
Təsdiq olunmuş tədbirlərə polisin saxlanması üçün xərclərin artırılması, yeni iş yerlərinin açılması və cinayətlərin qarşısının alınmasına kömək edəcək təhsil və iqtisadi proqramların genişləndirilməsi daxildir.
Ağ Evin məlumatında qeyd edilib ki, Bayden şəhər merləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşərkən də cinayətkarlıqla mübarizə problemini müzakirə edəcək.
Oxşar xəbərlər
Bayden Ukraynaya daha bir neçə milyard ayrılması üçün Konqresə müraciət edəcək
ABŞ prezidenti Co Bayden növbəti beş ay ərzində Ukraynaya dəstək üçün 33 milyard dollar hərbi, iqtisadi və humanitar yardım üçün Konqresə müraciət edəcəyini açı...
