150-yə yaxın rusiyalı Bakıdan Mahaçqalaya avtobuslarla yola salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dubaya uçmalı olan 150-yə yaxın rusiyalı Bakıdan Mahaçqalaya avtobuslarla təxliyə olunur.
BAKU.WS-in məlumatına görə, buu barədə "360.ru"ya turistlərdən biri məlumat verib.
Onun sözlərinə görə, konsul hadisə yerinə gəlib və qalan şəxslərin Mahaçqalaya avtobuslarla aparılması planlaşdırılıb. Lakin bundan sonrakı yol xərclərini sərnişinlər özləri qarşılamalı olacaqlar.
"Qalan insanların Mahaçqalaya avtobuslarla təxliyəsi planlaşdırılır. Daha sonra biletləri öz hesabımıza alacağıq. Oteldə qalma müddəti də uzadılmadı, bütün xərcləri özümüz ödəyirik", - deyə turist bildirib.
Məlumata görə, ötən gecə daha 75 nəfər Dubaya yola düşə bilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...