Kubada oteldə partlayışda ölənlərin sayı artıb

07
may
2022
23:52
Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, hadisə zamanı ölənləri sayı 32-yə çatıb. Partlayış nəticəsində müxtəlif xəsarətlər alanların 45-i xəstəxanada müalicə alır.
Hələ də 19 nəfərin axtarışları aparılır.
“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.
Oxşar xəbərlər
ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb
ABŞ Konqresinin binasında (Kapitoli) təhlükəsizlik tədbirləri gücləndirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, yaxınlıqda baş verən yanğınla əlaqədar o...
