SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistanda parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti ömrünü başa vurub. Sabiq Baş nazirin əleyhinə 174 parlament üzvü səs verib.

BAKU.WS xəbər verir ki, parlamentdə keçirilən səsvermədə Pakistanda müxalifət blokunun namizədi Şahbaz Şərif Baş nazir seçilib.

Şahbaz Şərif əvvəllər üç dəfə Pakistanın Baş naziri vəzifəsində çalışıb və son olaraq 2017-ci ildə korrupsiya ittihamı ilə mühakimə olunan Nəvaz Şərifin kiçik qardaşıdır.

İnqilabi şeirlərdən sitat gətirməsi ilə gündəmə gələn Şahbaz Şərif Pakistan Müslüman Liqasının lideri olmamışdan əvvəl uzun illər Pəncab əyalətində baş nazir vəzifəsində çalışıb. 70 yaşlı Şərif həm də ailəsindən miras qalan ölkənin aparıcı polad şirkətlərindən birinin sahibidir.

2019-cu ildə Şahbaz Şərifə qarşı çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb və onun bəzi mülkləri müsadirə edilib. 2020-ci ildə həbs edilən və bir müddət həbsdə qalan Şahbaz Şərif daha sonra zaminə buraxılıb. Qardaşından fərqli olaraq o, rəqibləri ilə anlaşa bilən, ordu və müxalifətlə yola gedən çevik siyasətçi kimi tanınır.

Şərifi Baş nazir postunda gözləyən ən mühüm məsələ iqtisadi və təhlükəsizlik problemləridir. 1947-ci ildə müstəqilliyini elan edən Pakistanda dörd dəfə hərbi çevriliş və eyni sayda uğursuz hərbi çevriliş cəhdi baş tutub.

BAKU.WS
QALEREYA