Yüz minlərlə pakistanlı İmran Xana dəstək çıxdı - FOTO/VİDEO

Yüz minlərlə pakistanlı İmran Xana dəstək çıxdı - FOTO/VİDEO
Foto Video
Siyasət 256

Pakistanın sabiq Baş naziri İmran Xanın və onun “Təhrik-e-İnsaf” partiyasının yüz minlərlə tərəfdarı ona dəstək məqsədilə aksiyalar keçiriblər.

BAKU.WS xəbər verir ki, dəstək aksiyalarından birinin görüntüsünü İmran Xan tvitter səhifəsində paylaşıb.

Sabiq Baş nazirə dəstək aksiyaları paytaxt İslamabad daxil olmaqla, ölkənin bütün böyük şəhərlərində baş tutub.

İmran Xan tərəfdarlarına göstərdikləri dəstəyə görə təşəkkür edib və bu sözləri qeyd edib: "Mənim ölkəmin tarixində heç vaxt bu qədər insan quldur hökumətə qarşı çıxmamışdı".

Son xəbərlər