SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşuk Lutsk şəhərinin fəxri vətəndaşı titulundan məhrum edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, ölkəsi Rusiyanın hərbi müdaxiləsindən əziyyət çəkdiyi vaxtda veteran yarımmüdafiəçi bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyib: "O, işğalçı ölkənin "Zenit" klubu ilə əməkdaşlığını da dayandırmayıb. Timoşuk bu cür şüurlu seçimi ilə düşmənlərə işləməyə davam edir".

Xatırladaq ki, Anatoli Timoşuk hazırda "Zenit"də köməkçi məşqçi kimi fəaliyyət göstərir.

BAKU.WS