Ukraynalı tanınmış futbolçu fəxri vətəndaşlıqdan məhrum edildi

Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşuk Lutsk şəhərinin fəxri vətəndaşı titulundan məhrum edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ölkəsi Rusiyanın hərbi müdaxiləsindən əziyyət çəkdiyi vaxtda veteran yarımmüdafiəçi bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyib: "O, işğalçı ölkənin "Zenit" klubu ilə əməkdaşlığını da dayandırmayıb. Timoşuk bu cür şüurlu seçimi ilə düşmənlərə işləməyə davam edir".
Xatırladaq ki, Anatoli Timoşuk hazırda "Zenit"də köməkçi məşqçi kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Zelenski: "Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir"
Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukrayna...
