VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyadan Ermənistana 4 ədəd Su-30 hərbi təyyarəsi göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Ermənistanın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya göndərdiyi döyüş təyyarələri və pilotları beynəlxalq mətbuatda əks-səda doğurublar. Rusiyaya hərbi dəstək ortaya çıxandan sonra İrəvan bu təyyarələrin əvəzinə Suriyadan təyyarələr gətirib.

“Su-30” tipli dörd döyüş təyyarəsi Ermənistan ordusunda qeydiyyatda olan pilotlarla birlikdə martın 25-də Ukraynada hərbi əməliyyatlar üçün Rusiyaya göndərilib.

Bildirilir ki, Ukraynada istifadəyə göndərilən təyyarələrlə bağlı kəşfiyyat məlumatlarının sızması Ermənistanla Rusiya arasında diplomatik gərginliyə səbəb olub.

Ermənistan artıq hərbi məlumatların sızması ilə bağlı araşdırmalara başlayıb.

O da məlum olub ki, Ermənistandan Rusiyaya göndərilən reaktiv təyyarələri əvəz etmək üçün Suriyadan İrəvana “Su-30” tipli dörd döyüş təyyarəsi göndərilib. Bunun Ermənistanın mümkün sanksiyalara qarşı atdığı addım olduğu düşünülür. Çünki Ermənistanın Ukrayna məsələsində Rusiyaya hərbi dəstəyi İrəvanı sanksiyaların hədəfinə çevirə bilər.

BAKU.WS
VİDEO