SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada Rusiyanın daha bir yüksəkrütbəli zabiti öldürülüb.

BAKU.WS UNİAN xəbər agentliyinə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, Xarkov yaxınlığındakı döyüşlərdə 200-cü motoatıcı briqadanın komandiri, polkovnik Denis Kurilon məhv edilib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün yaydığı məlumata görə, indiyədək Rusiyanın 17 200 hərbçisi zərərsizləşdirilib.

Həmçinin Rusiya tərəfinin 597 ədəd tankı, 1 710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 1 178 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 71 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

BAKU.WS