VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna müdafiə qüvvələrinin son sutka ərzində vəziyyətində və fəaliyyət xarakterində əsaslı dəyişiklik baş verməyib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi feysbukda məlumat yayıb.

Məlumata əsasən, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, qarşı tərəfin itkiləri dəqiqləşdirilir.

“Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum təyyarəsi düşmənin hərbi texnikasının karvanlarına güclü zərbələr endirib. Ukraynanın zenit-raket qoşunları və qırıcıları düşmənin 14 hava hədəfini, o cümlədən 7 təyyarəsini, bir helikopterini, 3 PUA-sını və 3 qanadlı raketini vurub”, - deyə bildirilib.

BAKU.WS