SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

BAKU.WS "Ukrinform"a istinadla xəbər verir ki, bir qrup avropalı siyasətçi Volodimir Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə Nobel Komitəsinə müraciət edib.

Bütün namizədlərin adları fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində təkid edərək müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş ediblər.

"Cəsur ukraynalı kişilər, qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”, - avropalı siyasətçilərin Nobel Komitəsinə açıq məktubunda deyilir.

Məktubu Hollandiya, Böyük Britaniya, Almaniya, İsveç, Estoniya, Bolqarıstan, Rumıniya və Slovakiyadan olan 36 siyasətçi imzalayıb.

BAKU.WS