VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin aviasiyası və hava hücumundan müdafiəsi Ukrayna Silahlı Qüvvələrinə məxsus bir Su-24 və iki pilotsuz təyyarəni vurub.

BAKU.WS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bazar günü jurnalistlərə bildirib:

"Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiəsi Lyubimovka vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir "Su-24" təyyarəsini və iki pilotsuz uçuş aparatını vurub".

O əlavə edib ki, hərbi xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynada 3700-ə yaxın hərbi obyekti, 99 təyyarə, 128 pilotsuz uçuş aparatı, 1194 tank və digər zirehli döyüş maşını, 121 reaktiv yaylım atəşi sistemi, 443 səhra artilleriya və minaatan qurğusu, 991 ədəd xüsusi təyinatlı hərbi texnikanı məhv edib.

BAKU.WS