SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Silvestr Stallone Ukrayna ilə bağlı daha bir paylaşım edib.

BAKU.WS xəbər verir ki, anası odessalı olan aktyor sosial şəbəkədə "Bu qorxunc faciə bitməlidir! Tanrı bütün cəsarətli kişiləri, qadınları, uşaqları qorusun!" statusunu yazıb.

Qeyd edək ki, Silvestr Stallone Ukrayna ilə bağlı paylaşım edib ona dəstək olan ilk Hollivud ulduzu deyil.

Digər Hollivud məşhurları da Ukraynaya dəstəklərini ifadə ediblər. Onlar milyonlarla dollar ianələr bağışlayaraq müharibədən zərər çəkən ukraynalılara dəstək olublar.

BAKU.WS