SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya və Ukrayna arasında danışıqların 2-ci raundu yerli vaxtla təxminən saat 15:00-da Belarusun Brest vilayətində baş tutacaq.

BAKU.WS xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Danışıqların yeri və vaxtını Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vlodimir Medinski açıqlayıb.

Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Ukrayna ilə danışıqlarda atəşkəs məsələsi müzakirə olunacaq. Danışıqların ikinci mərhələsində Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib.

BAKU.WS