SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna və Rusiya arasında danışıqların ikinci raundu sabah baş tuta bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "İnsayder" agentliyi məlumat yayıb.

Dünən Belarusun vasitəçiliyi ilə Qomeldə start götürən danışıqlar 5 saatdan çox davam etmişdi.

Ukraynanın nümayəndə heyətinə bu şəxslər daxil idi: “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski.

Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edirdi.

BAKU.WS