SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna nümayəndə heyəti Rusiya qoşunlarının bütün Ukraynadan, o cümlədən Krımdan və Donbassdan çıxarılmasını tələb edir.

BAKU.WS xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib.

***15:08

Belarusun xarici işlər naziri Vladimir Makey açılış nitqi ilə qonaqlara müraciət edib.

BAKU.WS xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Vladimir Makey bildirib ki, tərəflər özlərini tam təhlükəsizlikdə hiss edə bilərlər. Bundan əlavə, Ukrayna və Rusiyanın razılığa gələcəyinə ümid edir.

***14:41

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Tərəflər arasında görüş Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir.

Ukraynanın nümayəndə heyətinə bu şəxslər daxildir: “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski.

Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

***12:53

Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar bir neçə dəqiqəyə start götürəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Ukraynadan olan nümayəndə heyəti artıq helikopterlərlə Belarusa çatıb.

***

Belarus Respublikası ərazisində Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar aparılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Belarus Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müharibənin dayandırılması barədə müzakirələr Qomeldə gedəcək.


BAKU.WS