SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müzakirələrin Kiyev üçün lazım olan nəticəni vermədiyini deyib.

BAKU.WS xəbər verir ki, bunu ölkə başçısı videomüraciətində bildirib.

"Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik istədiyimiz nəticəni əldə edə bilməmişik", - deyə Zelenski bəyan edib.

Xatırladaq ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

BAKU.WS