SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri Kiyev şəhəri daxilində qeyri-müntəzəm Rusiya hərbçiləri ilə mübarizəni ardıcıl ikinci gecədə davam etdirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Kiyev daxilində döyüşlər əvvəlki gecə ilə müqayisədə daha az intensiv olub. Qeyd olunub ki, Çerniqovda güclü müqavimətlə üzləşən Rusiya qoşunları Kiyevin mühasirəsi və təcrid edilməsini prioritet seçərək ərazidən yan keçirlər.

Əlavə olunub ki, Xarkovda gecə boyunca qarşılıqlı və intensiv raket zərbələrinin ardınca Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər gedib.

“Rusiya qüvvələri müxtəlif cinahlardan Ukraynaya hücumu davam etdirirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşməyə davam edirlər”, - deyə məlumatda qeyd olunub.

BAKU.WS