Lukaşenkonun Ermənistan barədə dediklərindən sonra səfir XİN-ə çağırıldı

Lukaşenkonun Ermənistan barədə dediklərindən sonra səfir XİN-ə çağırıldı
Siyasət 388

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Xarici İşlər Nazirliyinə çağırılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib. Görüşün təfərrüatları isə açıqlamayıb.

Diplomat Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində postsovet məkanında suveren dövlətlərin birləşməsi perspektivlərindən danışarkən “Ermənistanın gedəcək yeri yoxdur” açıqlamasını verib.

Son xəbərlər