14 yaşlı qız pişiyinə görə 5-ci mərtəbədən yıxıldı
06
avq
2025
13:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Samsun şəhərində bədbəxt hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Atakum bölgəsində binanın 5-ci mərtəbəsində yaşayan Z.E.A. adlı 14 yaşlı qız pişiyini tutmaq istəyərkən az qala canından olub.
Bildirilib ki, qız 7 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq torpaq əraziyə düşərək yaralanıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb.
Yaralanan Z.E.A-ya ilkin müdaxilə göstərildikdən sonra o Ondokuz Mayıs Universitetinin Tibb fakültəsi xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...