139 illik məşhur batareya istehsalçısı müflislikdən qorunmaq üçün məhkəməyə müraciət etdi

139 illik məşhur batareya istehsalçısı müflislikdən qorunmaq üçün məhkəməyə müraciət etdi
Dünya 30

Almaniyanın dünyaca məşhur batareya istehsalçısı Varta uzun müddətdir davam edən maliyyə çətinlikləri səbəbindən müflislikdən qorunma proseduruna başlayıb.

BAKU.WS xəbər verir ki, 139 illik tarixə malik şirkət Ştutqart Yerli Məhkəməsinə müraciət edərək müvəqqəti özünüidarəetmə modeli çərçivəsində yenidən strukturlaşdırılma prosesinə start verib.

Şirkətin açıqlamasında bildirilib ki, məhkəmənin nəzarəti altında aparılacaq restrukturizasiya istehsal prosesinə təsir göstərməyəcək. Mövcud rəhbərlik fəaliyyətini davam etdirəcək, borcların isə dayanıqlı şəkildə yenidən tənzimlənməsi nəzərdə tutulur.

Varta həmçinin istehsalın fasiləsiz davam edəcəyini və əməkdaşların maaşlarının qanunvericiliyin təminatına uyğun olaraq vaxtında ödəniləcəyini vurğulayıb.

Müflislikdən qorunma prosesi şirkətin ev istifadəsi üçün batareya istehsal edən ən gəlirli bölməsini əhatə etmir. Hüquqi və əməliyyat baxımından müstəqil fəaliyyət göstərən bu bölmənin satın alınması ilə bağlı beynəlxalq maliyyə qurumlarının maraq göstərdiyi bildirilir.

Almaniya mətbuatının məlumatına görə, Deutsche Bank və bir sıra iri investisiya fondları həmin bölmənin alınması imkanlarını qiymətləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər