Türkiyə-İran sərhədində aktivlik: Müdafiə naziri və ordu komandanları bölgədə olub

Türkiyənin müdafi naziri Hulusi Akar Vana səfər edib.
“Haber Global” xəbər verir ki, onu Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı, ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələri komandanı, ordu admiralı Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüz müşayət edib.
Türkiyə Silahlı Qüvvələri rəhbərliyi sərhəd birləşmələrinə baş çəkib, şəxsi heyətin hərbi və texniki hazırlığını yoxlayıblar.
Nazir və generallar Sərhəd Komandanlığında keçirilən hərbi bayraq mərasimində iştirak ediblər.
Daha sonra Akar Vandan Bakıya gəlib. O, Zəfər Günü münasibətilə sabah keçiriləcək tədbirlərdə iştirak edəcək.
Oxşar xəbərlər
İran həyasızcasına ermənilərlə iş qurduğunu elan edir: Bakı Tehrana güzəştə getməyəcək!
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ona dəstək olanları da, arxasınca məkrli planlar quranları da gördü. Çox təəssüf ki, ikincilərin sırasında milyon...
