VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri 600 məhbusun olduğu 1 saylı koloniyada baş verən iğtişaşları yatırıb.

Şimali Osetiya ombudsmanı Tamerlan Tsqoyevin deyib ki, vəziyyət nəzarət altındadır, koloniya mühasirəyə alınıb.

Qeyd edək ki, hadisə Vladikavkazın Karabulakskaya küçəsi, 1 ünvanında yerləşən islah-əmək müəssisəsində baş verib.

Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir.

***

22.57

Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qiyam qalxıb.

Bu barədə bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd olunub ki, həbsxanada 200 məhbus qiyam qaldırıb.

BAKU.WS