SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində əməliyyat keçirib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan PKK terror qruplaşmasının mərkəzi komitəsinin üzvü Engin Karaaslan zərərsizləşdirilib.

Engin Karaaslan terror qruplaşması daxilində “Heydər Varto” kod adı ilə tanınıb. MİT-in bölgədəki əməkdaşları terrorçunun Suriyanın Qamışlı bölgəsində fəaliyyət göstərdiyini müəyyən edib. Bundan sonra terrorçunun avtomobilinə Qamışlı-Haseko magistralında Eli Fero bölgəsində PUA vasitəsilə zərbə endirilib.

PKK terror qruplaşmasına 80-ci illərdə qoşulan Engin Karaaslan 2000-ci illərdə qruplaşmanın Ermənistandakı nümayəndəsi olub.

BAKU.WS