Mexikoda 13 uşaq qan infeksiyası səbəbindən ölüb
06
dek
2024
09:53
Meksikanın paytaxtı Mexiko şəhərində 13 uşaq qan infeksiyası səbəbindən dünyasını dəyişib və ümumilikdə 14 yaşdan kiçik 20 nəfər xəstəliyə yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəliyin baş verməsi "Mexikodakı dörd tibb müəssisəsindəki parenteral qida təchizatının" mümkün çirklənməsi ilə əlaqələndirilir. Aydın olub ki, söhbət üç dövlət və bir özəl klinikadan gedir.
Nazirlikdən verilən məlumata görə, daha 7 xəstə xəstəxanalardadır və onlara lazımi tibbi yardım göstərilir.
Oxşar xəbərlər
Estoniya Moldovada səfirlik açır
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb. BAKU.WS "Report"a i...