SİZİN REKLAM BURADA!
055 213 76 73


"Taliban" radikal qruplaşması Əfqanıstanı ələ keçirdikdən sonra yüksəkrütbəli ordu rəsmilərindən intiqam almağa başlayıb.

BAKU.WS xəbər verir ki, ötən gün hakimiyyətə yaxın 4 ordu rəsmisi minlərlə insanın gözü qarşısında edam olunub.

Komandirlərdən birinin General Rezaq kimi tanınan Haşim Rəkvala yaxın şəxs olduğu deyilir.

Bundan əlavə Nanqarhar əyalətinin Cəlalabad şəhərində "Taliban" bayrağı yerinə Əfqanıstan bayrağının yenidən asılmasını tələb edən yerli əhali küçələrə axışıb. Narazı kütləyə "Taliban" yaraqlıları silahlı müdaxilə edib və 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

BAKU.WS
VİDEO