SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə karantin qaydalarının yumşaldılması nəticəsində ölkədə kütləvi tədbirlərə və konsertlərin keçirilməsinə icazə verilib.

BAKU.WS “hurriyet.com”a istinadən xəbər verir ki, müğənni Gülşən də uzun müddətdən sonra sevənlərinə konsert verib.

Alaçatıda səhnəyə çıxan sənətçi bir-birindən maraqlı kompozisiyalarını səsləndirib. Onun ifalarından çox çimərlik geyimi müzakirə obyektinə çevrilib.

Gülşənin geyindiyi şəffaf şalvar Türkiyə mətbuatında səs-küyə səbəb olub. Sənətçi sözügedən fotoları şəxsi “Instagram” hesabında da paylaşıb.

Sosial şəbəkə istifadəçiləri “Çimərlik geyimində səhnəyə çıxmaq da nə deməkdir?”, “Gülşən evdən çimərliyə getmək adı ilə çıxıb” kimi şərhlər yazaraq Gülşəni tənqid ediblər.

BAKU.WS
VİDEO

QALEREYA