SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə qeyri-adi evlilik təklifi edilib.

BAKU.WS “ensonhaber.com”a istinadən xəbər verir ki, İstanbuldan Denizliyə uçuş həyata keçirən təyyarədə evlilik təklifi edilib.

Belə ki, sərnişinlərdən biri qəfildən stüardessanın önünü kəsərək 30 min fut yüksəklikdə ona evlənmə təklifi edib.

Sərnişinlərin və stüardessanın da təəccübünə səbəb olan evlənmə təklifi anbaan kameralarla görüntülənib.

Bundan sonra gənc xanım oğlanın “Mənimlə evlənərsən?” sualına “Hə” cavabını verib. Hər kəs, həmçinin pilot da cütlüyü təbrik edib.

Denizli Çardak Hava limanına enən təyyarənin sərnişinləri yaşadıqları gözəl anı heç vaxt unutmayacaqlarını bildiriblər.

BAKU.WS
VİDEO