SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli model Şevval Şahinin keçmiş sevgilisi ilə yeni sevgilisi arasında gərginlik yaşanıb.

BAKU.WS “ntv.com”a istinadən xəbər verir ki, model sevgilisi - iş adamı Kerem Kamışlı ilə yemək yeyərkən keçmiş sevgilisi Marcus Aral onlara hücum edib.

Kamışlı ilə mübahisə edən Aral onu oturduğu stulla birlikdə dənizə atıb.

Hər iki şəxs arasındakı gərginlik gəmidə böyük həyəcana səbəb olub.

Şevval isə yeni sevgilisinin suya düşməsinə “Nə oldu, suya düşdün?” deyərək rekasiya verib. Deyilənlərə görə, model yeni sevgilisini köhnə sevgilisinə qarşı qorumağa da çalışıb.

Hadisə zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Qeyd edək ki, Şevval Şahin keçmiş sevgilisi Marcus Aralla iki il eşq yaşayıb, bir neçə gün əvvəl isə ayrılıblar.

BAKU.WS
VİDEO

QALEREYA